Avtosfer.az | Reklam
Avtomobillərdən oğurluq edən şəxsin məhkəməsi başlayır
Gündəm 12 Iyul 2019 10:55 151 dəfə oxunub
Avtomobillərdən oğurluq edən şəxsin məhkəməsi başlayır
Hakim Şəlalə Həsənovanın icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçirləcək

Bakıda avtomobillərdən oğurluq etməkdə təqsirləndirilən Rəvan Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Hakim Şəlalə Həsənovanın icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçirləcək.

Qeyd edək ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunan R.Abdullayev 2018-ci il dekabr ayında Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, rayon ərazisində avtomobillərdən pul, mobil telefon və məişət əşyaları oğurlamaqda ittiham edilir. Cinayət işi üzrə 14 zərərçəkmiş var. R.Abdullayevə Cinayət Məcəlləsinin 177.2.2 (təkrar oğurluq) maddəsi ilə ittiham verilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh