Bakı-Batumi aviareysini yerinə yetirən təyyarə yolun yarısından geri qayıdıb
Gündəm 12 Iyul 2019 11:16 144 dəfə oxunub
Bakı-Batumi aviareysini yerinə yetirən təyyarə yolun yarısından geri qayıdıb
Aviareys Batumidə hava şəraiti yaxşılaşdıqdan sonra yerinə yetiriləcək

"Buta Airways" şirkətinin bu gün saat 07:46-dan Bakıdan Gürcüstanın Batumi şəhərinə hərəkət edən sərnişin təyyarəsi təyinat məntəqəsindəki qeyri-sabit hava şəraiti ilə əlaqədar yolun yarısından geri qayıdıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, təyyarə saat 10:12-də Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enib. Aviareys Batumidə hava şəraiti yaxşılaşdıqdan sonra yerinə yetiriləcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh