Avtosfer.az | Reklam
Siyəzəndə "Mercedes Vito” belə ALOVLANDI - VİDEO
Gündəm 12 Iyul 2019 12:14 247 dəfə oxunub
Siyəzəndə "Mercedes Vito” belə ALOVLANDI - VİDEO
Mikroavtobusun mühərrik hissəsi, idarəetmə lövhəsi və salon hissəsi qismən yanıb

Siyəzəndə "Mercedes Vito” markalı avtomobil yanıb. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Yenikənd kəndində "Mercedes” markalı mikroavtobusun mühərrik hissəsi, idarəetmə lövhəsi və salon hissəsi qismən yanıb.

Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Qeyd edək ki, hadisə magistralın Şabran rayonu hissəsindən keçən yolda baş verib. Qubadan istirahətdən qayıdan ailənin "Mercedes Vito" markalı avtomobili öz-özünə yanmağa başlayıb. Avtomobilin sahibi yüngül yanıq xəsarətləri alıb.

 

Emin

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh