Avtosfer.az | Reklam
Bakıda mopedlə vurulan piyada ölüb
Qəzalar 12 Iyul 2019 12:53 526 dəfə oxunub
Bakıda mopedlə vurulan piyada ölüb
Faktla bağlı araşdırma aparılır

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Xəzər rayonu, Şüvəlan qəsəbəsində Masallı rayon sakini, 1997-ci il təvəllüdlü Elvin Məmmədovun idarə etdiyi "Mondeal" markalı mobedlə piyada 1957-ci il təvəllüdlü Samonin Qriqori Pavloviçi vurub. Xəsarət alan şəxs 3 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh