“UAZ” çaya aşdı: 6-sı uşaq, 10 ölü
Qəzalar 12 Iyul 2019 13:22 1046 dəfə oxunub
“UAZ” çaya aşdı: 6-sı uşaq, 10 ölü
Qəza təfərrüatları araşdırılır

Rusiyanın Tuva respublikasında avtomobilin çaya aşması nəticəsində 10 nəfər ölüb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident iyulun 12-si Bay-Tayqinsk rayonunda qeydə alınıb. Bu barədə DİN Regional Qrupunun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, sürücü içində iki ailənin olduğu “UAZ” markalı avtomobillə Şuy çayını keçməyə cəhd edərkən aşıb və batıb. Hadisə yerinə gələn xilasetmə qüvvələri çaydan altısı uşaq olmaqla 10 nəfərin meyitini çıxarıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobildə olan insanların sayını dəqiqləşdirir.

Qəza təfərrüatları araşdırılır.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh