Qəzada oğlunu və qardaşını itirən qadının intihar xəbəri yalan çıxdı
Gündəm 12 Iyul 2019 13:35 350 dəfə oxunub
Qəzada oğlunu və qardaşını itirən qadının intihar xəbəri yalan çıxdı
M.Tağıyevanın yaxınları Miranənin hazırda Bakıda olduğunu bildiriblər

Masallıdakı 8 nəfərin öldüyü qəzada yaralanan qadının dünən gecə saatlarında intihar etdiyi ilə bağlı məlumat yayılıb. Öncə sosial şəbəkələrdə dolaşan bu informasiya sonradan xəbər saytlarında da görünüb. Yayılan məlumatda qeyd olunub ki, qəzada 3 yaşlı oğlu Ayxan öldüyü üçün onun anası Miranə (Yaxınları adının Mirana olduğunu bildirib) Tağıyeva qəzadan sağ çıxsa da, sonra müalicə olunduğu xəstəxanada intihar edərək özünü öldürüb.

Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, respublikanın heç bir xəstəxanasında belə bir fakt qeydə alınmayıb. Daha sonra Lerik rayon Polis Şöbəsi və Rayon Prokurorluğu sözügedən məlumatı araşdıraraq saytımıza açıqlama veriblər. Məlum olub ki, rayonda intihar və ya intihara cəhd hadisəsi baş verməyib.

M.Tağıyevanın yaxınları da "Qafqazinfo" ilə əlaqə saxlayaraq məlumatın yalan olduğunu, Miranənin hazırda Bakıda olduğunu bildiriblər.

Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, dünən paytaxtda yalnız polis rəisi Əliaslan Ağayevin oğlu Orxan Ağayevin intiharı qeydə alınıb, Bakıda bundan başqa intihar və ya intihara cəhd hadisəsi baş verməyib. Respublikada isə yalnız Mingəçevirdə ruhi xəstə olan Ruhiyyə adlı qadın intihar edib.

Qeyd edək ki, Miranə Tağıyevanın oğlu Ayxan və qardaşı Tağıyev Əlizahir Masallıda baş verən qəzada həlak olub.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh