Azərbaycan vətəndaşları Gürcüstanda yol qəzasına düşüb
Qəzalar 12 Iyul 2019 13:47 250 dəfə oxunub
Azərbaycan vətəndaşları Gürcüstanda yol qəzasına düşüb
Gürcüstan Daxili İşlər Nazirliyi qəza ilə bağlı araşdırma aparır

Gürcüstanda Tbilisi-Batumi magistral avtomobil yolunda qəza baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralananlar arasında Azərbaycan vətəndaşlarının olduğu bildirilir. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib. Gürcüstan Daxili İşlər Nazirliyi qəza ilə bağlı araşdırma aparır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh