Yevlaxda avtomobil traktorla toqquşub
Qəzalar 12 Iyul 2019 13:55 507 dəfə oxunub
Yevlaxda avtomobil traktorla toqquşub
Faktla bağlı araşdırma aparılır

Yevlaxda minik avtomobili traktorla toqquşub. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Tanrıqulu-Aran avtomobil yolunda baş verib. Avtomobil traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində avtomobildə olan 1987-ci il təvəllüdlü Əmixan Azər oğlu Əhmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh