Avtosfer.az | Reklam
Elektromobil sürməyə dəyərmi? - ARAŞDIRMA
Yazarlar 12 Iyul 2019 16:19 642 dəfə oxunub
Elektromobil sürməyə dəyərmi? - ARAŞDIRMA
Dünya bazarında satılan hər 100 avtomobildən 3-ü elektromobildir

XXI əsr dünyanın avtomobil sənayesində növbəti inqilabla başladı. İnkişaf etmiş ölkələrdə benzinlə işləyən nəqliyyat vasitələrinin ekologiyaya vurduğu zərəri azaltmaq məqsədilə hibrik avtomobillərin və elektromobillərin istehsalına star verildi. Tədricən müxtəlif dövlətlərin bu növ istehsala marağı artdı, onlar hibrid və elektrikli avtomobillərin istehsalını və istehlakını təşviq etdilər. Bu təşviq siyasətinin tərkib hissəsi kimi hibrid avtomobil və elektromobil istehsalçılarına vergi və rüsumlardan azal ediməsini, onların subsidiyalaşdırılmasını, həmin nəqliyyat vasitələri üçün parklanmanın və enerji boldurma (şarj) xidmətinin pulsuz və yaxud aşağı məbləğdə olmasını misal göstərmək olar. Son nəticədə  əgər 2009-cu ildə dünya üzrə elektromobillərin sayı 6 mində az olubsa, 2018-cı ildə bu rəqəm 5,6 milyona çatıb.

Hibrid avtomobil elektromobil demək deyil

Bəzi hallarda hibrid avtomobillə elektromobili qarışdırırlar. Halbuki, onların arasında ciddi fərqlər var. Belə ki, hibrid avtomobillər 2 mühərrikli olur. Onlar həm benzinlə, həm də elektrik enerjisi ilə işləyir. Elektromobillərin hərəkətə gətirilməsində isə benzindən istifadə olunmur. Bu avtomobillərin döşəməsində xüsusi batareyalar yerləşir ki, nəqliyyat vasitəsi onlarda yığılan enerji sayəsində hərəkət edir. 

Bundan başqa, hibrid avtomobillərdən fərqli olaraq elektromobillərdə mühərrik və sürət qutusu olmur. Odur ki, onlara xüsusi yağ tökülmür. 

Hibrid avtomobillər enerjini benzinlə hərəkət edən zamanı yığır, elektromobillər isə əvvəlcədən şarj olunmalıdır. 2-cilər şarj bitənə yaxın elektron panel vasitəsilə sürücüyə xəbərdarlıq edilərək qalan enerjinin neçə kilometrdən sonra bitəcəyi bildirir.

Dünya bazarında satılan hər 100 avtomobildən 3-ü elektromobildir

2018-ci ildə dünya bazarında 2 milyon ədəd elektromobil satılıb. Bu, 2017-ci illə müqayisədə 63% çoxdur. Son nəticədə elektromobillərin ümumi avtomobil satışındakı payı 2,5%-ə çatıb. 2019-cu ildə satış göstəricisinin 3 milyon ədəd olacağı, 2014-cı ilə qədər isə elektromobillərin avtomobil bazarındakı payının 57%-ə yüksələcəyi proqnozlaşdırılır. 

Dünyada elektromobil satışına görə ABŞ-ın “Tesla” şirkəti ön sırada gedir. Şirkət təkcə bu ilin may ayında 11 300 elektrikli avtomobil satıb. Bu göstərici, “Volkswagen AG”, “Audi”, “BMW”, “General Motors” və “Nissan”ın eyni dövr üçün ümumi satışlarından 2,6 dəfə çoxdur.

İl ərzində “Audi e-tron quattro”, “BMW i3”, “Jaguar I-Pace”, “Chevrolet Bolt EV” və “Nissan Leaf”in satışları ümumilikdə 39% artıbsa, “Tesla”nın 3 məhsulunun satışları 73% artım nümayiş etdirib. Hazırda dünyanın bir çox iri avtomobil müəssisələri elektromobil istehsalını artırmağı planlaşdırırlar. Məsələn, Almaniyanın “Volkswagen Group” konserni bu il verdiyi açıqlamada 2020-ci ildə 500 min ədəd tam elektrikli avtomobil satmağı planlaşdırdığını bildirib.

Şirkətin proqnozlarına əsasən cari ildə elktomobillərin satışları 2018-ci ildəki 25 min ədəddən 2019-cu ildə 100 000 ədədə kimi çatacaq.

Həmçinin, “Volkswagen” şirkəti yeni nəsil elektrikli avtomobil buraxmağa hazırlaşır. İlk model ölçülərinə görə “Golf”a bənzəyən “ID.3” hecbeki olacaq. Elektromobil 2019-cu ilin sentyabr ayında Frankfurt avtoşousunda göstəriləcək, 2020-ci ilin yayında isə onun tədarükünə başlanılacaq. Bundan əlavə, digər bir avtomobil şirkəti "Mazda"nın da 2020-ci ildə yeni elektrikli modelini təqdim edəcəyi gözlənilir.

Bir dəfəyə 400 km məsafə

Elektromobilləri bir neçə üsulla şarj etmək mümkündür. Belə ki, 3,3 kVt güclü adi məişət cərəyanı ilə tam şarj 15 saata, 43 kVt-a qədər gücə sahib olan xüsusi şarj qurğusu vasitəsilə tam şarj 6-8 saata, 60 kVt-a qədər gücə sahib “Supercharger”in yardımı ilə tam şarj 20 dəqiqəyə tamamlanır. “Supercharger”lər batareyanı 80%-ə qədər doldururlar.

Birdəfəlik şarjla qət ediləcək məsafə avtomobilin hansı model olmasına, komplektasiyasına və neçənci ildə istehsal edilməsinə görə dəyişir. Məsələn, "Tesla- S 70 kWh" 386 km, "Tesla - S 85 kWh Arxa ötürücü" 427 km, "Tesla - S 85 kWh Tam ötürücü" 435 km, "Tesla - S 85D Performance" 407 km məsafə qət edə bilir. "Nissan Leaf" modelinə gəlincə isə 2011-2012- ci illərdə istehsal olunmuş modellərdə tam şarj olunmuş batareya ilə 130-150 km, 2013-2015 - ci illərdə istehsal olunanlarda 170-200 km, 2016-2017-ci illərə aid modellərdə 250-300 km, 2018-ci ildə buraxılan modellərdə isə 400 km məsafə getmək olur.

O "əjdaha"dan bizdə də var

Azərbaycanda da hibrid və elektikli avtomobil istifadəçiləri  az deyil. Bunu nəzərə alaraq Bakının bir neçə yerində - Heydər Əliyev Mərkəzinin yanında, “Park Bulvar” alış-veriş mərkəzinin ərazisində və Dövlət Bayrağı Meydanı Kompleksi ərazisində elektromobil üçün enerji doldurma məntəqələri yaradılıb. Bununla yanaşı, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)" bir neçə yanacaq doldurma məntəqələrində də elektromobilləri şarj etmək mümkündür. Bu məntəqələrdə şarj xidməti pulsuzdur.

Azərbaycanda hibrid avtomobillərin və elektromobillərin təmirilə məşğul olan bir neçə servis fəaliyyət göstərir. Mütəxəssislərin və sürücülərin sözlərinə görə, ehtiyat hissələrinin tapılması və təmir rahat başa gəlsə də, bu fikri elektromobillərdə yerləşdirilmiş batareyalara aid etmək olmaz. Yəni, illər keçdikcə zəifləyən batareyaların təmiri ölkəmizdə hələ ki, mümkün deyil. 

Qeyd edək ki, "Tesla S"in batareyası 18650s modelli Litium-İon silindr bölmələrdən ibarətdir. Batareyaların öz istiliyini tənzimləmə mexanizmi var. "Tesla" şirkəti öz laboratoriyalarında bu batareyaların fərqli hərarətlərdə elektrik axımını yoxlayır, qəza testləri və digər növ sınaqlardan keçirir. Hər bir sınaqdan sonra batareyalar daha da təkmilləşdirilir. Onların istifadə müddəti 8-10 ildir. "Nissan Leaf"də isə 48 ədəd batareya olur. Normal qaydada işlədilsə, onların istifadə müddəti 15 il olurr. Zəifləmiş batareyaları müəyyən edib dəyişməklə yenidən batareyanın enerji yığımını maksimum həddə çatdırmaq olar. 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh