Avtosfer.az | Reklam
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb
Gündəm 12 Iyul 2019 19:42 205 dəfə oxunub
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb
Qeyri-sabit hava şəraiti iyulun 14-ü gündüzədək davam edəcək

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, iyulun 12-də axşam qərb rayonlarından başlayaraq küləyin güclənməsi müşahidə edilir. Küləyin maksimal sürəti Gəncədə saat 16:08-16:20 radələrində 23-28 m/s, Tovuzda 26 m/s, Ağstafada 16-18 m/s, Şəmkirdə qərb küləyi 22 m/s-yə çatıb. Gədəbəydə 16:02-16:03 radələrində diametri 11 mm olan dolu qeydə alınıb.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti iyulun 14-ü gündüzədək davam edəcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh