"Baku Bus"un avtobuslarında kondisionerlər işləyir
Gündəm 12 Iyul 2019 20:05 108 dəfə oxunub
"Baku Bus"un avtobuslarında kondisionerlər işləyir
“Müraciətlər daxil olur və yaranmış problem dərhal aradan qaldırılır"

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma ilə məşğul olan "Baku Bus" MMC-nin bəzi avtobuslarında kondisionerlərin işləməməsinə münasibət bildirib.  Avtosfer.az xəbər verir ki, agentliyin mətbuat katibi Mais Ağayev "Report"a açıqlamasında deyib ki, kondisionerlərin işlək vəziyyətdə olması ilə bağlı sürücülərə göstəriş verilib. "Ara-sıra hansısa avtobusda kondisioner işləməyə bilər. Bununla bağlı BNA-nın 141 nömrəli Qaynar Xəttinə müraciətlər daxil olur və yaranmış problem dərhal aradan qaldırılır", - deyə o qeyd edib.

Xatırladaq ki, son vaxtlar "Baku Bus"a məxsus 5, 6 və 125 nömrəli avtobuslarında kondisionerlərin işlək vəziyyətdə olmaması hallarına rast gəlinir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh