Avtosfer.az | Reklam
Bakıda "sarı zolağ"ın çəkilişi davam edir
Gündəm 12 Iyul 2019 21:11 1827 dəfə oxunub
Bakıda "sarı zolağ"ın çəkilişi davam edir
Sadalanan işlərin iyulun 18-dək tam yekunlaşdırılması nəzərdə tutulub

İyulun 20-28–də Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən olunan marşrut üzrə əsas yol şəbəkəsində Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında "sarı zolağ"ın çəkilişi işləri davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Avtosfer.az-a bildirilib ki, bu işlər çərçivəsində bu gün saat 22:00-dan iyulun 13-ü səhər saatlarınadək Qara Qarayev prospektində xətlənmə işləri aparılacaq. Sürücülərdən sözügedən küçədə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. "Sarı zolağ"ın çəkilişinə iyulun 8-dən başlanılıb və müəyyən edilən marşrut üzrə digər küçə və prospektlərdə artıq yekunlaşdırılıb. Zolağın çəkilişi ilə bərabər müvafiq nişanlanma işləri aparılır və yol nişanları quraşdırılır, həmçinin asfalt üzərində, təyin edilən yerlərdə xüsusi boya ilə festivalın loqosu da vurulur. Sadalanan işlərin iyulun 18-dək tam yekunlaşdırılması nəzərdə tutulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən olunmuş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində işlərini davam etdirir.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh