Ayağı göydə, tum çırtlayan sürücü DYP tərəfindən saxlanıldı - VİDEO

Yol polisi 12 İyul 2019 23:35 Oxunub 4379
Ayağı göydə, tum çırtlayan sürücü DYP tərəfindən saxlanıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir əlində tum cırtlayır, o biri əlində sükan, ayaqlarından biri isə pəncərədən çöldə...

Sürücülərdən biri magistral yolda belə bir vəziyyətdə mikroavtobus idarə edib.

Görüntünü mikroavtobusun yanından keçən avtomobildəki sərnişin qeydə alıb. Sosial şəbəkələrdə müzakirələrə səbəb olan görüntüdə sürücü həm özünün, həm də digər nəqliyyat vasitələrinin sürücülərinin həyatını təhlükəyə atır.

Görüntüdə 99-RB-822 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü ayağını pəncərədən çıxararaq nəqliyyat vasitəsini sürür. Bu azmış kimi kameraya əl etməkdən belə çəkinmir.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a bildirdi ki, həmin sürücü görüntülər yayılandan dərhal sonra yol polisi tərəfindən saxlanılıb. Onunla profilaktik söhbətlər aparılıb. Məlum olub ki, hadisə Yevlax rayonu ərazisində baş verib. Sürücü ayağını maşından çıxardıb, tum çırtlayaraq mikroavtobusu idarə edib. Vaqif Əsədov onu da bildirib ki, sürücü barəsində toplanmış materiallar Mingəçevir şəhər məhkəməsinə təqdim olunub. Onun barəsində məhkəmə müvafiq qərar qəbul edəcək.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh