Tanınmış aparıcı yük maşınına çırpılıb öldü - FOTOLAR

Avtosfer Foto 15 İyul 2019 00:37 Oxunub 1306
Tanınmış aparıcı yük maşınına çırpılıb öldü - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"YouTube" və "Instagram" ulduzu qəzada həlak olub

Böyük Britaniyanın tanınmış aparıcısı, eləcə də Yutub və İnstaqram ulduzu Emili Hartric qəza nəticəsində dünyasını dəyişib.“Qafqazinfo” “The Sun”a istinadən xəbər verir ki, hadisə aparıcının evinin bir kilometrliyində, Cənubi Londonda baş verib. Elektrosamokatda hərəkət edən 35 yaşlı qadın yük maşınına çırpılaraq həyatını itirib.

Məlumat üçün bildirək ki, Emili sağlamlıq və həyat tərzi haqda verdiyi məsləhətlər sayəsində 340 mindən çox izləyici toplamışdı. Mənbənin məlumatına görə, o, Hyu Cekman, Amanda Seyfrid və Eddi Redmeyn kimi məşhurların şəxsi məşqçisi idi.

 




 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh