Bakıda parklanma qiymətlərinə yenidən baxılır - VİDEO

Avtoxəbər 15 İyul 2019 00:40 Oxunub 951
Bakıda parklanma qiymətlərinə yenidən baxılır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Parklanma yerləri ilə bağlı müxtəlif yeniliklər tətbiq ediləcək

Paytaxt Bakıda nəqliyyat şəraitinin yaxşılaşdırılması, sıxlığın azaldılması, eləcə də parklanmanın düzgün idarə edilməsi istiqamətində işlər sürətləndirilir. Avtosfer.az xəbər verir ki, bu məqsədlə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əvvəllər təşkil edilmiş yüzlərlə parklanma yerini təhvil alıb. Agentliyin sektor müdiri Mais Ağayev deyib ki, hazırda parklanma yerləri mütəxəssislər tərəfindən təhlil edilir.  Təhlillərdən sonra nəqliyyatın hərəkətinə maneə yaradan parklanma yerləri ləğv ediləcək. Bundan əlavə, parklanma yerləri ilə bağlı müxtəlif yeniliklər tətbiq ediləcək. Parkinq tariflərinə yenidən baxılacaq. 

Sürücülər bildirirlər ki, hazırda paytaxtda olan parkinq yerlərinin bəziləri sıxlıq yaradır. Səbəb də onların düzgün yerdə təşkil edilməməsidir.

Bakı Nəqliyyat Agentliyinin hökumətə təqdim etdiyi təkliflər qəbul ediləcəyi təqdirdə hansı effekt verəcəyi maraqla gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh