Alman avtomobili Azərbaycanda tabuta necə çevrilir? - ŞƏRH

Yazarlar 15 İyul 2019 00:56 Oxunub 1601
Alman avtomobili Azərbaycanda tabuta necə çevrilir? - ŞƏRH
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir neçə insanın taleyinin yalnız bir şəxsdə olmağı təhlükə riskini təbii ki artırır

Bir neçə gün öncə 8 nəfərin ölümü ilə baş vermiş qəza çox təsirlidir. Bir neçə insanın taleyinin yalnız bir şəxsdə - sürücüdə olmağı təhlükə riskini təbii ki artırır. Amma məsələyə başqa yöndən baxmaq lazımdır. 

Bəs buna şərait yaradanlar kimlərdir? Bildiyiniz kimi son zamanlar “Mercedes Benz Vito” avtomobilləri çox dəbdədir. Rayonlar arası sərnişindaşıma ilə yanaşı həm də ölkəyə gələn xarici qonaqların xidmətinə bu cür minivanlar verilir. Amma təəssüf ki təhlükəsizlik yenə də pozulur. Bu tip bir çox avtomobillər ölkəyə qapalı şəkildə (yan şüşəsiz, oturacaqsız) yük avtomobili olaraq gətirilir, sonradan təchizatı sərnişin avtomobilinə dəyişdirilərək BDYPİ-də texniki baxışdan keçməklə sərnişin avtomobilinə keçilir. Bu qanuna zidd bir əməl deyil. Dünya praktikasında da bu mövcuddur. Amma avtomobillərin ölkəmizdə texniki baxışdan necə keçdiyini nəzərə alsaq o zaman həyəcan siqanlı işə düşməlidir. 

Sual yaranır: Niyə BDYPİ texniki baxışdan keçərkən öncə yük indi isə sərnişinə dəyişdirilən avtomobilin oturacaq sayına baxır? Bəs o oturacaqların yerinə necə bərkidilməsi? 

Çünki qəza zamanı oturacağın qopub uçması qaçılmazdır. Almaniya kimi Avropa ölkələrində texniki baxışdan keçmək hər bir vətəndaş üçün çətin bir məsələdir. TÜV adlanan məkanda avtomobilin alın şüşəsində hər hansı bir çat varsa belə texniki baxışdan keçirilmir. Və ya əyləc yastıqları yeyilibsə, hər hansı bir lampa yanmırsa, avtomobilin banında çürük varsa və s. Bu məsələnin bir tərəfi. 

Digər tərəfi isə insan həyatının sürücünün məsuliyyətindən aslı olmasıdır. Yenə Avropaya-Almaniyaya nəzər salaq. 8 nəfərdən yuxarı nəqliyyat vasitəsi ilə sərnişin daşıma ilə məşğul olan şəxslər mütləq şəkildə 1960-cı ildən Almaniyada tətbiq edilən “Personenbeförderungsschein” adlanan “sərnişin daşıma lisenziya”sı almalıdılar. Bu kağız parçasını almaq üçün isə tələblər çox ağırdır: 21 yaşdan yuxarı, yalnız və yalnız alman sürücülük vəsiqəsi olmalıdır.  Sürücü hər il daimi olaraq həkim nəzarətindən keçməlidir. Əgər qeydiyyatda olduğu şəhərin əhalisi 50 min nəfərdən çoxdursa, ”Ortskundeprüfung” adlanan ərazi anlayışı imtahanı verməlidir.  Ən önəmlisi isə psixoloji həkim müayinəsindən keçmək zəruridir. Düşünürəm ki, ölkəmizdə də sürücülərdən bu kimi şərtlər tələb edilsə, yollarda qəzaların da sayı nisbətən azalar.

Rəşad Quliyev

Rəşad Quliyev

“VİP Escort” şirkətinin rəhbəri, avt

ŞƏRH YAZ
Ad

E-mail

Şərh