Sükan arxasında yatan sürücü qəzaya səbəb oldu: 8 nəfər yaralanıb - FOTO

Avtosfer Foto 15 İyul 2019 07:41 Oxunub 1546
Sükan arxasında yatan sürücü qəzaya səbəb oldu: 8 nəfər yaralanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis insidentlə bağlı araşdırmalara başlayıb

Türkiyənin Kastamonu vilayətində iki minik avtomobilinin toqquşması nəticəsində 8 nəfər xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən məlumatına görə, hadisə Kastamonu-İnebolu magistral yolunun Kırcalar kəndi ərazisindən keçən hissəsindən qeydə alınıb.

Məlumata görə, Özcan Ç. (35) idarəetməsindəki 34 BEV 032 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sükan arxasında yatması səbəbindən yoldan çıxaraq dəmir arakəsmələrə çırpılıb.

Sonrada eyni istiqamətdə hərəkətdə olan Özgür G. (30) idarə etdiyi 55 FT 933 dövlət qeydiyyat nişanlı maşınla toqquşub.

Qəzada avtomobil sürücüləri və eyni nəqliyyat vasitəsində olan 6 nəfər xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım maşınları ilə Kastamonu Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh