110-luq yolda 40-la gedən yük maşını təhlükə yaradır - VİDEO

Avtosfer TV 15 İyul 2019 10:49 Oxunub 1093
110-luq yolda 40-la gedən yük maşını təhlükə yaradır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı: "Hər an baş verəcək qəza ağır nəticələr verə bilər"

Sosial şəbəkələrdə Bakı-Qazax yolunda (110 km saat sürətli) sol zolaqla saatda 40 və 60 km sürətlə hərəkət edən yük maşınının videosu yayılıb. Avtosfer.az xəbər verir ki, üzərini palçıq örtdüyü üçün dövlət qeydiyyat nişanı görünməyən yük maşını sol zolağı tutaraq gedir. Bununla da digər avtomobillər üçün təhlükə yaradır.

Yol Hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı hesab edir ki, bu qanun pozuntusu olmaqla yanaşı həm də təhlükə mənbəyidir. “Təsəvvür edin ki, 110-luq yolda sürücü yüksək sürətlə hərəkət edir. Bu zaman yolun görüntüsü məhdud hissəsinə düşür və qarşıda 40-la gedən “Kamaz”ı görmür. Yaxud gördüyü zaman gec olur. Bununla da ağır qəza baş verir. Yük avtomobillərinin yolun sol zolağı ilə hərəkət etməli olması qanunda göstərilib. Amma təssüflər olsun ki, bir çox hallarda buna riayət olunmur. Nəticələr isə ağır olur.”

Ekspert hesab edir ki, bu zaman digər sürücülər məcbur olaraq sağdan ötmə edir ki, əsl təhlükə mənbəyidir. “Düşünürəm ki, bu hallara qarşı sərt tədbirlər görülməlidir. Çünki yük maşınları ilə toqquşma zamanı 90 faiz hallarda ölüm hadisəsi baş verir.”

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh