Şənlikdən qayıdanları daşıyan avtobus dərəyə yuvarlandı: 5 ölü, 6 yaralı - FOTO

Avtosfer Foto 15 İyul 2019 10:58 Oxunub 1398
Şənlikdən qayıdanları daşıyan avtobus dərəyə yuvarlandı: 5 ölü, 6 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis araşdırmalara başlayıb

Türkiyənin Giresun vilayətində avtobusun dərəyə aşması nəticəsində 5 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident iyulun 14-ü günorta saatlarında Əspiyə rayonunun Əricək kəndində qeydə alınıb.

Məlumata görə, Qaraovacıq yaylasında keçirilən yayla şənliyindən qayıdan insanları daşıyan Mustafa A.-nın idarəetməsində olan sərnişin avtobusu idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.

Hadisə zamanı ilk köməyi ətrafda olan vətəndaşlar edib. Yaralıların bəzilərini digər sürücülər tərəfindən xəstəxanaya çatdırılıblar.

Polis araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh