Şəkidəki hadisə yerinə ilk olaraq yol polisləri çatıb - VİDEO

Yol polisi 15 İyul 2019 16:16 Oxunub 4764
Şəkidəki hadisə yerinə ilk olaraq yol polisləri  çatıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralıları patrul avtomobilləri ilə xəstəxanaya çatdırıblar

İyunun 14-də saat 12 radələrində Şəki şəhərində " Xan Sarayı" abidəsinin ərazisində ağacın budağının qəflətən qırılaraq insanların üzərinə düşməsi nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtosfer.az xəbər verir ki, hadisə yerinə ilk olaraq Şəki Dövlət Yol Polisi əməkdaşları çatıb. Yol polisləri yol hərəkətini tənzimləməklə yanaşl, xəsarət alanların qırılmış ağac budaqlarının altından çıxarılması və patrul avtomobilləri ilə xəstəxanaya daşlnması hətda 4 nəfər ağır xəsarət alanların helekopter vasitəsi ilə paytaxta yola salınması zamanl fəallıq, böyük fədakarlıq göstəriblər.

Dövlət Yol Polisi əməkdaşlarından Tural Niftalıyev, Samir Süleymanov və Bəhruz Səfərovun əvvəldən sonadək nümunəvi xidmət aparmaları, fədakarlıq göstərmələri şəhər sakinləri tərəfindən daha çox diqqəti cəlb edib.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh