Gəncə Avtomobil Zavodu bu ilin I yarısına yekun vurub

Avtoxəbər 15 İyul 2019 19:50 Oxunub 1106
Gəncə Avtomobil Zavodu bu ilin I yarısına yekun vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu avtomobillərin yığımının 30-40%-ni yerli istehsal təşkil edir

Bu ilin I yarısında "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyində 769 texnika istehsal olunub. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un sorğusua cavab olaraq zavoddan bildirilib. Məlumata görə, bunun 747-si müxtəlif model traktor, 1-i MAZ markalı qoşqulu avtomobil, 1-i "Kamaz" markalı avtomobil, 9-u kombayn, 4-ü elektrobus, 2-si MAZ markalı avtobus, 5-i isə özüboşaldan traktor qoşqusudur. Məlumatda həmçinin deyilir ki, bu günə qədər İstehsalat Birliyində, ümumilikdə, 11 modeldə 10 805 ədəd traktor, 143 xüsusi təyinatlı traktor yığılaraq təhvil verilib. Bu traktorlardan 10 022-si dövlət sifarişi əsasında Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrolizinq" ASC-yə, qalan 713-ü isə fermerlərə və iş adamlarına satılıb. Bundan başqa, indiyə qədər zavodda, ümumilikdə, 8 modeldə, müxtəlif modifikasiyalarda 2 864 ədəd MAZ avtomobilləri istehsal edilərək təyinatı üzrə təhvil verilib. Bu avtomobillərin yığımının 30-40%-ni yerli istehsal təşkil edir. Həmçinin müəssisədə 330 MAZ qoşqusu və 3 202 asma avadanlıq, 208 ədəd KAMAZ markalı yük avtomobili və 411 URAL avtomobili istehsal edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh