Ağstafada yol qəzası: ölən və yaralananlar var
Qəzalar 16 Iyul 2019 07:15 265 dəfə oxunub
Ağstafada yol qəzası: ölən və yaralananlar var
Faktla bağlı araşdırma aparılır

Ağstafa rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Yuxarı Göycəli kənd ərazisində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Qazax rayon İkinci Şıxlı kənd sakini, 1991-ci il təvəllüdlü İsmət Mahmud oğlu Hacıyev ölüb. Onun həmyerliləri - 1991-ci il təvəllüdlü Nicad Rafiq oğlu Şamxalov və 1994-cü il təvəllüdlü Fuad Elman oğlu Məmmədov isə müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh