
DSX və polis Zaqatalada birgə əməliyyat keçirib
Gündəm 16 Iyul 2019 10:35 234 dəfə oxunub

Faktla bağlı RPŞ-də araşdırma aparılır
Zaqatalada rayonunda 9 ton narkotik bitki məhv edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a məlumat verilib. Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində yabanı halda bitən ümumi çəkisi 9 ton olan 6000 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.
ŞƏRH YAZ
DIGƏR XƏBƏRLƏR