Təyyarə evin üstünə düşdü: 4 yaralı
Qəzalar 16 Iyul 2019 11:06 214 dəfə oxunub
Təyyarə evin üstünə düşdü: 4 yaralı
Araşdırma başlayıb

Çeçenistanda təyyarə qəzaya uğrayıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, səhər saat 8 radələrində yüngülmotorlu təyyarə qəzaya uğrayaraq yaşayış evinin üstünə düşüb. Hadisəni Rusiya Fövqəladə Hallar Xidməti təsdiq edib.

Məlumata görə, qəza nəticəsində 4 nəfər xəsarət alıb - pilot, 2 qadın və 1 azyaşlı. Yaşayış evinə ziyan dəyib. Qəzanın başvermə səbəbi olaraq pilotun idarəetməni itirməsi qeyd edilir, başqa detallar açıqlanmır. Araşdırma başlayıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh