Avtosfer.az | Reklam
Şəkidə 10 nəfərin xəsarət almasına səbəb olan sürücünün məhkəməsi başlayır
Gündəm 16 Iyul 2019 11:40 287 dəfə oxunub
Şəkidə 10 nəfərin xəsarət almasına səbəb olan sürücünün məhkəməsi başlayır
İş üzrə hazırlıq iclası iyulun 27-ə təyin edilib

Şəki rayonunda 10 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərid Səmədovun məhkəməsi başlayır. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, Şəki Rayon Məhkəməsinin hakimi Pərviz Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası iyulun 27-ə təyin edilib. Qeyd edək ki, hadisə bu il martın 10-da səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının yolun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 26 yaşlı Fərid Səmədovun idarə etdiyi "99-HD-777" dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobillə Qax rayonundan olan 1987-ci il təvəllüdlü Əliyev Akşin Adil oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobus toqquşub. Nəticədə sürücülər də daxil olmaqla xəsarət alan 10 nəfər xəstəxanaya yerləşdirilıb. Qəzanın baş verməsində günahkar hesab edilən F.Səmədova Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham verilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh