
Zabratda piyadanın ölümü ilə nəticələnən qəza baş verib
Qəzalar 16 Iyul 2019 12:47 557 dəfə oxunub

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır
Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi piyadanın ölümü ilə nəticələnib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iyulun 15-də saat 1 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini E.İsrafilzadə idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ramiz Şərbətovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
ŞƏRH YAZ