İşıqfora məhəl qoymayan piyadalar: Fikirli oldum, ilk dəfədir buradan keçirəm - VİDEO

Qaydalar 16 İyul 2019 20:56 Oxunub 1658
İşıqfora məhəl qoymayan piyadalar: Fikirli oldum, ilk dəfədir buradan keçirəm - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyada zərərçəkən olsa da, əslində onun özünün də günahı var

Paytaxtda yol hərəkəti qaydalarına əməl etməyən sürücülər olduğu kimi, piyadalar da var. Bu piyadalar bəzən qəza şəraiti yaradır, bəzən də məsuliyyətsiz davranışları ölümlə nəticələnir. Baku TV əməkdaşları son zamanlar bu kimi hallara tez-tez rast gəlindiyini nəzərə alaraq, metronun “28 May” stansiyası yaxınlığında müşahidə aparıblar. Nəticə etibarilə işıqfora məhəl qoymayan piyadaların polisin xəbərdarlığına da əməl etmədiyi müşahidə olunub. Bunun səbəbini soruşduqda isə bəziləri susaraq uzaqlaşıb, bəziləri isə işıqfora fikir vermədiklərini, ümumiyyətlə, fikirli olduqlarını bəhanə ediblər. Polis əməkdaşlarının dediklərinə görə, bu ərazidə son altı ay ərzində 3961 nəfər, son 16 gün ərzində isə 194 nəfər barəsində protokol tərtib edilərək cərimələnib. 500 nəfər yaşlı və fiziki məhdudiyyətli şəxsə isə şifahi xəbərdarlıq olunub. Nəqliyyat üzrə ekspertlər deyir ki, bu işdə piyadaların günahı arxa planda qalır. Çünki piyadanın təqsiri nəticəsində başqa adamlara zərər dəymədiyinə görə, hüquq-mühafizə orqanları onları araşdırmır. Piyada zərərçəkən olsa da, əslində onun özünün də günahı var. Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib ki, təkcə ötən il paytaxt ərazisində qeydə alınan ümumi yol-nəqliyyat hadisələrinin 65 faizini piyadaların vurulması halları təşkil edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh