
"Ekologiya postu"nun əməkdaşlarının yeni VİDEOsu
Yol polisi 17 Iyul 2019 12:50 1632 dəfə oxunub

Onlar yolda qalan sürücünün köməyinə gəliblər
Dünən Bakı-Sumqayıt yolunda hərəkətdə olan "Mercedes" markalı avtomobil qəflətən yolda qalıb. Texniki nasazlıq ucbatından hərəkəti davam etdirə bilməyən sürücünün köməyinə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət bölüyünün əməkdaşları gəlib. Avtosfer.az xəbər verir ki, kameralar vasitəsilə yolda tıxac yarandığını görən YPX postunun rəhbərliyi əməkdaşları həmin sürücüyə köməyə göndərib. Polis əməkdaşları hadisə yerinə gələrək avtomobili yoldan çıxarmağa kömək ediblər. Bundan sonra yolda hərəkətin intensivliyi bərpa edilib.
Görüntüləri təqdim edirik.
Elmin
ŞƏRH YAZ
DIGƏR XƏBƏRLƏR