DYPİ mikroavtobuslara qarşı reyd keçirdi - VİDEO

Avtoxəbər 17 İyul 2019 23:26 Oxunub 2188
DYPİ mikroavtobuslara qarşı reyd keçirdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
30-a yaxın sürücü inzibati qaydada məsuliyyətə cəlb olunub

Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinin patrul xidməti alayının 11-ci tağımı sürücü və sərnişinlər arasında marifləndirici tədbirlərə başlayıb.

 

Sərnişin daşımada iri və kiçik tutumlu avtobuslarla bağlı keçirilən reyd zamanı 40-dan çox avtomobil saxlanılıb.

 

Reyd zamanı müəyyən olunub ki, bəzi sürücülər təhlükəsizlik kəmərindən istifadə etməyib. Həmçinin tibbi müayinədən yayınan, sərnişindaşıma qaydalarına əməl etməyən, D katiqoriyası olmadan nəqliyyat vasitəsini idarə edən , eləcə də, mikroavtobusa əlavə oturacaqlar quraşdıran 30-a yaxın sürücü inzibati qaydada məsuliyyətə cəlb olunub, 5-ə yaxın mikroavtobus isə cərimə meydançasına aparılıb.

 

X. Abdullayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh