Dava etdiyi şəxsi döyüb üzərindən avtomobillə keçdi – VİDEO

Avtosfer TV 18 İyul 2019 08:33 Oxunub 14510
Dava etdiyi şəxsi döyüb üzərindən avtomobillə keçdi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralının səhətinin normal olduğu bildirilib

Türkiyənin Siirt vilayətində bir şəxs dava etdiyi şəxsi döyüb sonrada üzərindən avtomobillə keçib.

Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə iyulun 17-si günorta saatlarında Veysəl Karani məhəlləsində baş verib.

Məlumata görə, M.B.S. ilə F.E. adlı şəxslər küçədə qarşı-qarşıya gələrək hələ ki bilinməyən bir səbəbdən mübahisə etməyə başlayıb.

Mübahisənin davaya çevrilməsi ilə F.E., M.B.S.'-ni yumruqlayıb. M.B.S. aldığı yumruq zərbələri ilə yerə yıxılıb.

Bu arada hadisə yerindən keçən M.B.S.-nin oğlu, atasının yerdə olduğunu görüb qaçaraq yanına gəlib.

Bunu görən M.B.S.-nin oğlu F.E.-nin avtomobilini təpikləməyə başlayıb.

Daha sonra maşınına minən F.E. geri manevrə edərək yerdə olan M.B.S.-nin üzərindən keçərək oradan uzaqlaşıb.

Vətəndaşların xəbər verməsi ilə hadisə yerinə səhiyyə və polis briqada əməkdaşları gəlib.

M.B.S. ilkin tibbi yadımdan sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib. Onun səhətinin normal olduğu bildirilib.

F.E. isə polis tərəfindən tutularaq şöbəyə aparılıb.

Davanın görüntüləri ətrafda yerləşən təhlükəsizlik kamerasına düşüb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh