Azərbaycanlı turistlərin olduğu avtobus hündürlükdən aşdı: 5 yaralı – FOTO + ADLAR

Avtosfer Foto 18 İyul 2019 11:33 Oxunub 2497
Azərbaycanlı turistlərin olduğu avtobus hündürlükdən aşdı: 5 yaralı – FOTO + ADLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların vəziyyətlərinin normal olduğu bildirilib

Türkiyənin Antalya vilayətində azərbaycanlı turistlərin olduğu avtobusun qəzaya uğraması nəticəsində 5 nəfər xəsarət alıb.

Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə manvaqat rayonunda qeydə alınıb.

Məlumata görə, Titreyengöl Turizm Bölgəsindəki otellərdən götürdüyü turistləri Manvqat şəhər mərkəzinə gətiməkdə olan Hüseyn Dəmirəlin idarəetməsində 07 HFY 108 dövlət qeydiyyat nişanlı tur avtobusu, Titreyengöl küçəsindən Herdford küçəsinə dönən zaman idarəetmədən çıxaraq yol kənarındakı portağal bağçasına aşıb.

Təxminə 2 metrlik hündürlükdən bağçaya aşan avtobusda azərbaycanlı turistlərdən Elşən Məmmədov, Şəfəq Məmmədova, Nur Məmmədova, Ceyran Məmmədova və Əsma Məmmədova yaralanıb.

Təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılan yaralıların vəziyyətlərinin normal olduğu bildirilib.

Avtobus sürücüsü Hüseyn Dəmirəl, “Herdford qovşağına gəldiyimizdə tur rəhbərinin sağa dönməyimi istədi. Anidən dönərkən yolun yağışlı və sürüşkən olması səbəbindən nəqliyyat vasitəsi sürüşdü və aşdı” – deyib.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh