Miqrantları daşıyan mikroavtobus aşdı: 15 ölü, 20 yaralı - FOTO

Avtosfer Foto 18 İyul 2019 14:52 Oxunub 1519
Miqrantları daşıyan mikroavtobus aşdı: 15 ölü, 20 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Van vilayətində qanunsuz miqrantları daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 15 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident Van-Özalp avtomagistralının İpekyolu rayonu Ərçək məhəlləsi yaxınlığında qeydə alınıb.

Məlumata görə, sürücüsünün şəxsiyyəti müəyyənləşdirilməyən 76 AAC 296 dövlət qeydiyyat nişanlı mikroavtobusu idarəetmədən çıxaraq uçuruma yuvarlanıb.

Hadisə yerinə xeyli sayda səhiyyə və xilasetmə briqadaları cəlb edilib.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara çatdırılıblar.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh