"Mazda" 900-dən çox avtomobili geri çağırdı

Avtoxəbər 19 İyul 2019 07:26 Oxunub 1024
"Mazda" 900-dən çox avtomobili geri çağırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qərar mühərrikin buraxılış klapanında qeydə alınan qüsurlarla əlaqədardır

"Mazda Motor" şirkəti Rusiyada 900-dən çox avtomobili geri çağırıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, qərar mühərrikin buraxılış klapanında qeydə alınan qüsurlarla əlaqədardır. Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2013-cü ilin aprelindən 2018-ci ilin avqustunadək Rusiyada satılmış "Mazda 6" və CX-5 modellərinə şamil olunur. Bildirilir ki, həmin qüsur müəyyən hallarda mühərrikin işinin dayanmasına səbəb ola bilər.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh