Moskva-İrəvan reysinin sərnişinləri təxliyyə olundu: 8 nəfər xəsarət alıb

Gündəm 19 İyul 2019 08:06 Oxunub 856
Moskva-İrəvan reysinin sərnişinləri təxliyyə olundu: 8 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar hava trapı vasitəsi ilə təxliyyə olunublar

Moskvanın Şeremetyevo hava limanından İrəvana getməli olan sərnişin təyyarəsi pilot kabinəsində tüstülənmə barədə siqnal səbəbindən uçuşu dayandırıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə İdarəsi məlumat yayıb. Təyyarənin göyərtəsində 187 nəfər olub. Onlar hava trapı vasitəsi ilə təxliyyə olunublar. Təxliyyə zamanı yaranan basırıq səbəbindən 8 nəfər xəsarət alıb. Onlardan ikisi xəstəxanaya yerləşdirilib. Məlumata görə, tüstülənmə xəbəri öz təsdiqini tapmayıb, kabinədə yanğın aşkar olunmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh