Bakıda iki nəfər taksi sürücüsünə qarşı quldurluq edib

Gündəm 19 İyul 2019 08:15 Oxunub 814
Bakıda iki nəfər taksi sürücüsünə qarşı quldurluq edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törədən şəxslər polis tərəfindən axtarılır

Səbail rayonunda quldurluq hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, Yasamal rayonu, Mahir Əliyev küçəsində iki nəfər naməlum şəxs 35 yaşlı Orxan Bağırovun taksi fəaliyyəti ilə məşğul olduğu “ Daewoo” markalı minik avtomobilini saxlayıb. Onlar müştəri kimi avtomobilə əyləşərək Badamdar qəsəbəai istiqamətinə gediblər. Orada naməlum şəxslər O.Bağırovu döyərək onun 65 manat pulunu alıblar.

Hadisəni törədən şəxslər polis tərəfindən axtarılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh