Bakıda gənc qızı vuran avtomobil sürücüsü hadisə yerindən qaçıb

Qəzalar 19 İyul 2019 08:35 Oxunub 1056
Bakıda gənc qızı vuran avtomobil sürücüsü hadisə yerindən qaçıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb

Xəzər rayonunda avtomobil piyadanı vuraraq hadisə yerindən uzaqlaşıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Buzovna qəsəbəsi, Zaqulba şossesində baş verib.  Minik avtomobili 23 yaşlı Şükürova Dürdanə Müslüm qızını vuraraq ərazidən yayınıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin və çanaq sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh