Qubada polislər qanvermə aksiyasında iştirak ediblər - FOTO

Gündəm 19 İyul 2019 06:30 Oxunub 790
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polislər bu aksiyaya qoşulmağı özlərinə vətəndaşlıq borcu olduğunu bildiriblər

Qubanın B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstititunun əməkdaşlarının iştirakı ilə Mərkəzi Qan Bankının Quba bölməsində talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirilib. DİN Mətbuat xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, “Qan ver, yaşat!” devizi ilə gerçəkləşən humanist aksiyada Quba Rayon Polis Şöbəsinin şəxsi heyəti də iştirak edib. Polislər bu aksiyaya qoşulmağı özlərinə vətəndaşlıq borcu olduğunu bildirirərək, xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadıqlarını vurğulayıblar.

Qeyd edək ki, yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh