Avtobus aşaraq ağaca çırpıldı: 8 ölü, 20 yaralı

Qəzalar 19 İyul 2019 08:40 Oxunub 1174
Avtobus aşaraq ağaca çırpıldı: 8 ölü, 20 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü polis tərəfindən həbs olunub

Meksikada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 8 nəfər ölüb, 20 nəfər isə xəsarət alıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident iyulun 18-i səhər saatlarında Nayarit ştatında qeydə alınıb. Bu barədə yerli “Sol de Nayarit” nəşri məlumata yayıb. Məlumata görə, sürücünün idarəetməsindən çıxan avtobus aşıb və ağaca çırpılıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Sürücü polis tərəfindən həbs olunub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh