Qaradağda "07" "Kamaz"a çırpılıb parçalandı: 1 ölü, 1 yaralı - FOTO

Qaydalar 19 İyul 2019 10:50 Oxunub 3998
Qaradağda "07" "Kamaz"a çırpılıb parçalandı: 1 ölü, 1 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakı-Ələt-Astara yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın məlumatına görə, hadisə ötən axşam saat 19 radələrində qeydə alınıb. Ələt istiqamətində hərəkətdə olan "VAZ" markalı avtomobil yol kənarında dayanan yük avtomobilinə çırpılıb. Ağır qəza səbəbindən minik avtomobilində olan iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan biri elə hadisə yerindəcə dünyasını dəyişib, digəri 1988-ci il təvəllüdlü Ağamalıyev Qürbət Novruz oğlu kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb. O hazırda reanimasiya şöbəsində müalicə alır. Hadisə şahidlərinin sözlərinə görə, qəza baş verən yerdə yol kənarında mağaza olduğundan bütün sürücülər orada dayanaraq yolüstü alış-veriş edirlər.

***

1988-ci il təvəllüdlü Ağamalıyev Qürbət Novruz oğlu idarə etdiyi 27-BH-978 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobil ilə yol hərəkəti qaydasını pozaraq sağ zolaqda hərəkət edən “KaMAZ” markalı nəqliyyat vasitəsinin arxasına çırpılıb. 

Nəticədə sürücü Q.Ağamalıyev ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. “VAZ 2107”-də olan sərnişin Cəfərov Lətif Razı oğlu isə avtomobildə sıxılaraq ölüb.

Onun meyiti FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

 






 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh