Abşeronda yol qəzası: xəsarət alanlar var - FOTO

Qəzalar 19 İyul 2019 11:25 Oxunub 1417
Abşeronda yol qəzası: xəsarət alanlar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə səbəbi ilə yolda tıxac yaranıb

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.  Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə  rayonun Saray qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq "Toyota-Prado" markalı avtomobillə toqquşub. Hadisə zamanı hər iki maşına ciddi ziyan dəyib və sürücülər xəsarət alıblar. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Qəza ilə əlaqədar həmin ərazidə tıxac yaranıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh