Ata prokuror, ana hakim - Oğulları da cinayətkar

Gündəm 19 İyul 2019 11:54 Oxunub 8836
Ata prokuror, ana hakim - Oğulları da cinayətkar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
22 yaşlı gəncin 32 il müddətinə həbs edilməsi istənilir

Ötən il Türkiyənin İstanbul şəhərində sevgilisini döydükdən sonra avtomobili kütlənin üzərinə sürərək 8 nəfəri yaralayan Görkem Sertaç Göçmenin məhkəməsi davam edir. "Qafqazinfo" xəbər verir ki, 22 yaşlı gəncin 32 il müddətinə həbs edilməsi istənilir.

Maraqlıdır ki, onun anası məhkəmə hakimi, atası isə prokurordur. Buna baxmayaraq, Görkemin cinayətləri bununla bitmir. O, bundan əvvəl alış-veriş mərkəzində bıçaqlanma hadisəsində iştirak edib. 22 yaşlı gəncin adı odlu silahla yaralamada da hallanır. Bundan başqa, Görkem Sertaç Göçmen 2017-ci ildə getdiyi xəstəxanada tibb bacısını təhqir edərək onu hədələyib. Türkiyə mətbuatınız "suç makinası" adlandırdığı gənc bir neçə maddə ilə ittiham olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh