Məktəblilərin olduğu yük maşını aşdı: azı 11 ölü

Qəzalar 19 İyul 2019 11:54 Oxunub 847
Məktəblilərin olduğu yük maşını aşdı: azı 11 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub

Filippində məktəblilərin olduğu yük maşınının qayalıqdan düşməsi nəticəsində azı 11 nəfər ölüb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident Sebu adasında qeydə alınıb. Bu barədə  yerli “Inquirer” nəşri məlumat yayıb. Polisin məlumatına görə, idman tədbirinə gedən məktəbli dolu yük maşını idarəetmədən çıxaraq qayalıq yoldan uçuruma yuvarlanıb. Azı 11 nəfərin öldüyü qəzada yaralıların dəqiq sayı açıqlanmır. Xəsarət alanlar Boljoon şəhərində yerləşən xəstəxanalara yerləşdiriliblər.

Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh