7 nəfəri yaralayan avtobus sürücüsünün məhkəməsi başlayır

Gündəm 19 İyul 2019 12:12 Oxunub 805
7 nəfəri yaralayan avtobus sürücüsünün məhkəməsi başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Süleyman Ağayevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək

Sabunçuda 7 nəfərin xəsarət almasına səbəb olan avtobus sürücüsü Samir Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, Sabunçu Rayon Məhkəməsində hakim Süleyman Ağayevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu il mayın 5-də Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Əliyev Samir Sabir oğlunun 217 nömrəli marşrut xətti üzrə idarə etdiyi “İsuzu” markalı, 01-BM-698 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə yol kənarında dayanmış “Ford Transit” markalı 90-CO-434 dövlət qeydiyyat nişanlı yük avtomobilə çarpılması nəticəsində 7 nəfər xəsarət alıb.

Hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh