Ağstafada avtomobil ustası təmir zamanı ağır xəsarət alıb

Gündəm 19 İyul 2019 12:19 Oxunub 1065
Ağstafada avtomobil ustası təmir zamanı ağır xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ağstafa rayonunda avtomobil ustası təmir zamanı ağır bədən xəsarətləri alıb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, rayon ərazisində yerləşən avtomobil təmiri sexlərindən birində usta işləyən, rayonun Aşağı Kəsəmən kənd sakini, 1962-ci il təvəllüdlü İxtiyar Mehdi oğlu Mehdiyev təmir etdiyi yük maşınının təkərinin qəfildən partlaması nəticəsində ağır bədən xəsarətləri alıb. Yaralı ətrafdakıların köməyi ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh