Yol polisi istirahət mərkəzlərində maarifləndirici görüşlər keçirir - FOTO

Öyrənək 19 İyul 2019 12:59 Oxunub 2496
Yol polisi istirahət mərkəzlərində maarifləndirici görüşlər keçirir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərxoş vəziyyətdə avtomobil idarə edilməsi qəzaların baş verməsinə birbaşa zəmin yaradır

Şəki Şəhər Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev şəhərin istirahət mərkəzlərində maarifləndirici tədbirlər keçirir. Avtosfer.az xəbər verir ki, istirahət mərkəzlərinin rəhbərləri və icarədarları ilə aparılan söhbətlər zamanı bildirilib ki, sürücülər tərəfindən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə birbaşa zəmin yaradır, eləcə də qəzaların ağırlıq dərəcəsinin yüksəlməsinə səbəb olur. Ona görə də, istirahət mərkəzlərinin rəhbərləri bu istiqamətdə, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Dövlət Yol Polisinə yaxından köməklik göstərilməsi üçün öz tövhələrini verməlidirlər.
Tural Nifatlıyev istirahət mərkəzlərinin rəhbərləri və ya icarədarları ilə söhbət apararkən, onlara öz işçilərinə gündəlik təlimatlar zamanı gələn qonaqlara və ya turistlərə spirtli içki qəbul edərək avtomobil idarə etməməyin  tövsiyyə edilməsini tapşırmalarını, lazım gəldikdə isə ayıq sürücü ilə təmin olunmasına köməklik göstərilməsinin zərurililiyini qeyd edib.
Növbəti tədbir Şəki şəhərində fəaliyyət göstərən ən böyük istirahət mərkəzlərindən biri olan «Şəki Park İstirahət Mərkəzi»ndə keçirilib.
İstirahət Mərkəzinin texniki direktoru Nail Alxasov, bu cür maarifləndirmə tədbirlərinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevə öz minnətdarlığını bildirib.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh