Azərbaycan Gürüstandan 9 minə yaxın avtomobil alıb

Avtoxəbər 19 İyul 2019 13:18 Oxunub 1070
Azərbaycan Gürüstandan 9 minə yaxın avtomobil alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ilin yanvar-iyun aylarında

Bu ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 8 737 ədəd avtomobil ixrac olunub. Avtosfer.az “Report” istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. Hesabat dövründə qonşu ölkədən idxal olunan minik avtomobillərinin ümumi dəyəri 94 mln. 200,1 min dollar təşkil edib. İllik müqayisədə Gürcüstandan Azərbaycana ixrac olunmuş avtomobillərin sayı 5 014 ədə və ya 2,3 dəfə çoxdur. Ötən ilin analoji dövründə Azərbaycan Gürcüstandan 68 mln. 861,6 min dollar dəyərində 3 723 ədəd avtomobil idxal edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh