Gənc qız hərəkətdə olan avtobusdan düşərək öldü – VİDEO

Avtosfer TV 19 İyul 2019 23:58 Oxunub 4507
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Günay düşməyə hazırlaşarkən müvazinətini itirib

Hərəkətdə olan avtobusdan yıxılan qız anbaan kameralara düşüb. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı qızın başına bədbəxt hadisə gəlib. Belə ki, gənc qız avtobusdan düşmək üçün qapıya tərəf yaxınlaşır. Bu zaman avtobus hərəkət halında olsa da, qapısı açıq olub.

Günay Gönülaçar adlı qız düşməyə hazırlaşarkən müvazinətini itirib və sürətlə gedən avtobusdan yola yıxılıb. Bunu görən digər şofer dərhal avtobusu saxlayıb. Sərnişinlər dərhal təcili tibbi yardım çağırıb.

Ağır yaralanan qız xəstəxanaya aparılsa da həyatını xilas etmək mümükün olmayıb. Avtobus şoferi isə qapıları açıq qoyduğu üçün polis tərəfindən həbs edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh