"Mercedes"dən qanunsuz dərman preparatları aşkarlanıb - FOTO

Gündəm 19 İyul 2019 14:49 Oxunub 1347
"Mercedes"dən qanunsuz dərman preparatları aşkarlanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin sağ qapısının cibində gömrük orqanlarına bəyan edilməyən 5 ədəd "Radiesse" markalı dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh