“JEEP” 50 metrlik hündürlükdən uçuruma yuvarlandı: 2 ölü, 12 yaralı

Qəzalar 19 İyul 2019 21:11 Oxunub 2037
“JEEP” 50 metrlik hündürlükdən uçuruma yuvarlandı: 2 ölü, 12 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar ölkənin müxtəlif xəstəxanalarına yerləşdirilib

Nepalda “JEEP” markalı avtomobilin aşması nəticəsində 2 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin qərbində yerləşən Badjura rayonunda qeydə alınıb. Bu barədə “Himalayan Times” nəşri məlumat yayıb.

Badjura polisinin məlumatına görə, “JEEP”in yolun yoxuşuna qalxan zaman anidən idarəetmədən çıxaraq təxminən 50 metrlik hündürlükdən uçuruma yuvarlanıb.

Bildirilir ki, altı yerlik avtomobildə 16 sərnişin olub. Sərnişinlərdən ikisinə heç nə olmayıb.

Məlumatda həmçinin deyilir ki, qəza “JEEP”in çox yükləndiyi, yolun daşlı və asfalt örtüyünün olmaması səbəbindən baş verib.

Bir neçə sərnişin yüngül sıyrıqlarla Kolti yaşayış məntəqəsinin sağlamlıq mərkəzinə, digərləri hava nəqliyyatı ilə Nepalqandj şəhər xəstəxanasına yerləşdirilib. Daha 4 nəfər isə ağır vəziyyətdə paytaxt Katmanduya aparılıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh