Bakıda yol polisindən genişmiqyaslı maarifləndirmə aksiyası - FOTO - VİDEO

Yol polisi 19 İyul 2019 20:22 Oxunub 1787
Bakıda yol polisindən genişmiqyaslı maarifləndirmə aksiyası - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnzibati hüquqpozmalara qarşı profilaktik-maarifləndirmə tədbirləri keçirilib

Bu gün Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) tabeli orqanları ilə birgə jurnalistərin iştirakı ilə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirir.

Avtosfer.az-ın məlumatına görə, paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş tədbirlərə televiziyalar, informasiya agentlikləri, xəbər saytları, çəkiliş reportyor qrupları cəlb olunmaqla hüquq pozuntularının profilaktikası, küçə ticarəti, avara və dilənçiliklə məşğul olma ilə yanaşı, şəhər görkəminə xələl gətirən, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə müəyyən olunmayan yerlərdə - səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması digər hallarla bağlı fəal iş aparılır.

Gecə saatlarına qədər keçirilməsi nəzərdə tutulan tədbir çərçivəsində ictimai təhlükəsizlik idarə və şöbələrinin, post patrul, yol polisi və digər xidmətlərinin əməkdaşları ilə birgə KİV nümayəndələri ilə fərdi profilaktik söhbətlər aparılır.

Kütləvi tədbirdə əsas məqsəd şəhər sakinlərinin məsuliyyət hissinin artırılması, hüquqi düşüncənin formalaşmasıdır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh